Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri, Oryol vilayətinin qubernatoru cənab Yeqor Stroyevə təbriki - Bakı şəhəri, 2 noyabr 2001-ci il


Hörmətli Yeqor Semyonoviç!

Oryol vilayətinin qubernatoru vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərdə inamlı qələbəniz Sizə böyük hörmət və etimad bəsləndiyinə, diyarın tərəqqisinə yönəldilmiş xəttinizin dəstəkləndiyinə sübutdur. Xalqlarımız arasında dostluğun və hərtərəfli əməkdaşlığın möhkəmlənməsi üçün göstərdiyiniz səyləri yüksək qiymətləndirirəm.

Sizə möhkəm cansağlığı, səadət və dövlət fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti