İnquşetiya Respublikasının Prezidenti cənab Murat Zyazikova - Bakı şəhəri, 17 may 2002-ci il


Hörmətli Murat Maqomedoviç!

İnquşetiya Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasındakı ənənəvi dostluq münasibətləri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli əməkdaşlıq bundan sonra da Qafqazda sülh, sabitlik və tərəqqi naminə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və böyük uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 18 may 2002-ci il.