Rusiya Federasiyasının prezidenti Zati-aliləri cənab Vladimir Putinə - Bakı şəhəri, 22 avqust 2000-ci il


Hörmətli Vladimir Vladimiroviç,

Barens dənizində baş vermiş qəza nəticəsində batmış "Kursk" atom sualtı qayığındakı dənizçilərin faciəli surətdə həlak olması haqqında xəbər məni dərindən sarsıtmışdır.

Sizə, həlak olanların doğmalarına və qohumlarına, bütün qardaş Rusiya xalqına səmimi başsağlığı verirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 23 avqust 2000-ci il.