Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Kabarda-balkar Respublikasının prezidenti zati-aliləri cənab Kokov Valeri Mühəmmədoviçə başsağlığı məktubu - Bakı şəhəri, 26 iyun 1998-ci il


Hörmətli Valeri Mühəmmədoviç!

Nalçik şəhərində idman yarışları zamanı baş vermiş faciəli hadisələr nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sarsıtdı. Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına səmimi başsağlığı verirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.