Rusiya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə - Bakı şəhəri, 12 avqust 2002-ci il


Hörmətli Vladimir Vladimiroviç!

Krasnodar diyarında daşqın nəticəsində çoxsaylı insan tələfatı olması barədə xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 13 avqust 2002-ci il.