Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Prezidenti zati-aliləri Boris Yeltsinə başsağlığı məktubu - Bakı şəhəri, 21 avqust 1997-ci il


Hörmətli Boris Nikolayeviç!

Görkəmli artist Yuri Nikulinin vəfat etməsi xəbəri məni dərindən kədərləndirdi.

Yuri Nikulının insanlıq, xeyirxahlıq ruhu ilə aşılanmış istedadlı yaradıcılığı Azərbaycan Respublikasında onun çoxsaylı pərəstişkarlarının xatirəsində əbədi yasayacaqdır.

Xahiş edirəm ki, mərhumun qohumlarına və yaxın adamlarına mənim səmimi başsağlığımı yetirəsiniz.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.