Şəki şəhəri, Gəray Əsədov küçəsi, ev 24 Məzahir Veysəl oğlu Mustafayevə - Bakı şəhəri, 25 iyul 1999-cu il


Hörmətli Məzahir Mustafayev!

Sizin böyük zəhmət və ustalıqla yaratdığınız əl işini – «Mücrü kitabə»ni aldım. Bu sənət əsərindən göründüyü kimi, Sizin müstəqil Azərbaycan dövlətinə və şəxsən mənə böyük hörmət və məhəbbətiniz vardır. Biləndə ki, Siz həkimsiniz, peşəniz insanlara şəfa verməkdir, belə gözəl əl qabiliyyətiniz məni heyrətə gətirdi.

Xalqımızın mədəniyyət tarixində Şəki sənətçilərinin həmişə öz dəst-xətti olmuşdur. Yaratdığınız əsərlə Siz bir daha göstərdiniz ki, şəkililər bu gözəl ənənəni qoruyub saxlamış və bu gün də davam etdirməkdədirlər.

Təbiidir ki, mən həmin hədiyyəni bütün Şəki camaatının töhfəsi kimi qəbul edir və Sizə öz təşəkkürümü bildirirəm. İnanıram ki, böyük həssaslıqla, yüksək humanist düşüncə ilə yaratdığınız və mənə həsr etdiyiniz «Mücrü kitabə» tariximizin mühüm bir dönümünü əks etdirən sənət nümunəsi kimi xalqımızın və mənim yaddaşımda daim yaşayacaqdır.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti 

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər

SOSİUM