Rusiya Federasiyasının prezidenti Zati-Aliləri cənab Vladimir Vladimiroviç Putinə - Bakı şəhəri, 12 iyun 2000-ci il


Çox hörmətli Vladimir Vladimiroviç!

Milli bayram – Rusiya Federasiyasınını dövlət suverenliyi haqqında bəyannamənin qəbul olunması günü münasibətilə Sizi və bütün rusiyalıları səmimi qəlbdən təbrik edirəm.

Biz Rusiya və Azərbaycan xalqları arasındakı dostluq və əməkdaşlığın yaxşı ənənələrinin qorunub saxlanmasına və genişləndirilməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, hərtərəfli Azərbaycan – Rusiya münasibətlərinin bundan sonra da inkişaf etməsi və möhkəmlənməsi regionumuzda sülhə, sabitliyə və tərəqqiyə xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı səadət və məsul dövlət fəaliyyətinizdə uğurlar, dost Rusiyanın vətəndaşlarına firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

"Azərbaycan" qəzeti, 13 iyun 2000-ci il