Rusiya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə - Bakı şəhəri, 9 may 2002-ci il


Hörmətli Vladimir Vladimiroviç!

Kaspiysk şəhərində insan tələfatına səbəb olmuş partlayış haqqında xəbər məni dərindən sarsıtdı.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmasını arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 12 may 2002-ci il.