Rusiya Federasiyası hökumətinin sədri zati-aliləri cənab Vladimir Putinə - Bakı şəhəri, 16 avqust 1999-cu il


Hörmətli Vladimir Vladimiroviç!

Rusiya Federasiyası hökumətinin sədri təsdiq olunmağınız münasibətilə Sizi təbrik edirəm.

Sizə Rusiya Federasiyası xalqlarının firavanlığı və tərəqqisi, regionumuzda sülh və sabitlik naminə uğurlu iş arzulayıram. 

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti