Rusiya Federasiyası hökumətinin sədri zati-aliləri cənab Yevgeni Maksimoviç Primakova - Bakı şəhəri, 12 sentyabr 1998-ci il


Hörmətli Yevgeni Maksimoviç!

Sizi Rusiya Federasiyası hökumətinin sədri vəzifəsinə təsdiq edilməyiniz münasibətilə təbrik edirəm.

Rusiya cəmiyyətinin demokratik, bazar islahatları yolunda qarşılaşdığı çətinliklərin aradan qaldırılması sahəsində Sizə uğurlu iş arzulayıram.

Əminəm ki, Rusiya-Azərbaycan ənənəvi dostluq münasibətlərini regionda sülh və sabitlik, xalqlarımızın əmin-amanlığı və tərəqqisi naminə daha da möhkəmləndirmək və inkişaf etdirmək üçün böyük potensial vardır.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.