Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə təbriki - Bakı şəhəri, 9 iyun 2001-ci il


Hörmətli Vladimir Vladimiroviç!

Sizi dövlət bayramı - Rusiya Federasiyasının Dövlət suverenliyi haqqında bəyannamənin qəbul olunması günü münasibətilə ürəkdən təbrik edirəm.

Rusiya ilə Azərbaycan arasında ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri bu gün ölkələrimizin və dövlətlərimizin hərtərəfli əməkdaşlığı və strateji tərəfdaşlığı üçün möhkəm bünövrədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına yönəldilmiş səylərinizi yüksək qiymətləndirirəm. Ümidvaram ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi, Rusiya münaqişəsinin tezliklə ədalətli həlli üçün öz fəaliyyətini daha da genişləndirəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət və dövlət fəaliyyətinizdə uğurlar, qardaş Rusiya xalqına sülh, firavanlıq və tərəqqi ar-zulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti