Аzərbаycаn Rеspublikаsının Prеzidеnti Hеydər Əliyеvin Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri, Rusiya parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Dmitri Rоqоzinin bаşçılığı ilə nümаyəndə hеyəti ilə görüşü - Prеzidеnt sаrаyı, 18 феvrаl 2003-cü il


Hеydər Əliyеv: Hörmətli qonaqlаr, sizi salamlayırаm. Sizin Bakıda keçirdiyiniz bütün görüşlər Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da genişlənməsinə və dərinləşməsinə yönəlmiş konstruktiv xarakter daşıyır. Biz bunu istəyirik, mən bu barədə dəfələrlə demişəm, əslində bu həm də strategiyamızla müəyyən olunmuşdur. Elə dünən Vladimir Vladimiroviç Putin bəzi məsələlərlə əlaqədar mənə zəng etmişdi. Sabah Ruşaylo Bakıya gələcəkdir. Mən dedim ki, Roqozin buradadır. Biz hər iki tərəfi maraqlandıran digər məsələləri də müzakirə etdik. Bunlar bir kompleks təşkil edir, yəni elə edək ki, maneələrin olmasına baxmayaraq, münasibətlərimiz daha səmimi, daha mehriban olsun. Bu baxımdan mən hesab edirəm ki, sizin səfəriniz böyük əhəmiyyətə malikdir.

Dmitri Roqozin: Səmimi qəbula görə cənаb Prezident, təşəkkür edirəm. Heydər Əliyev mənim həmyaşıdlarım üçün o böyük ölkədə də yüksək vəzifələr tutmuş və yeni müstəqil Azərbaycanda da hakimiyyətə gələrək, çoxsaylı problemləri həll etməyə nail olmuş əfsanəvi insandır. Əlbəttə, mən ilk təəssüratlarıma görə belə nəticəyə gəlirəm ki, Azərbaycandakı indiki vəziyyət, məsələn, 10-11 il bundan əvvəl, burada ilk dəfə olduğum dövrdəkindən qat-qat yaxşıdır. Mən bura 1992-ci ildə, mərhum Elçibəy ölkənin prezidenti olanda gəlmişdim. O zaman mən Rusiya Ali Sovetinin nümayəndə heyətinin tərkibində ekspert kimi gəlmişdim və ölkə barədə ilk təəssüratlarım o zaman yaranmışdı. İndi fərqi həqiqətən görürəm. Ümumi ab-hava, insanların əhval-ruhiyyəsi, günügündən gözəlləşən Bakı – bütün bunlar sübut edir ki, ölkə inkişaf etməkdədir. Burada hiss olunan sabitlik, gələcəyə inam vətəndaşlara belə bir hiss aşılayır ki, öz respublikasının gələcəyi uğrunda çalışmaq gərəkdir, heç yana çıxıb getmək lazım deyil, özlərinin problemlərini burada həll etmək lazımdır. Bu mənim üçün çox xoşdur və öz təəssüratlarımı Moskvada dostlarımla mütləq bölüşəcəyəm.

Cənаb Prеzidеnt, mən Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri İlham Əliyevin AŞPA sədrinin müavini və Büro üzvü seçilməsi münasibətilə Sizi təbrik edirəm. Avropa Şurası mürəkkəb, şıltaq təşkilatdır. Onlar bəzi problemləri bizdən yaxşı başa düşdüklərini göstərmək istəyirlər, halbuki, bu belə deyildir. Əgər onlar bizim problemlərlə üzləşsəydilər, çoxdan bunların içində itib-batardılar, biz isə hələ birtəhər dözürük və problemləri həll edirik. Azərbaycan parlamenti nümayəndə heyəti başçısının Azərbaycanın bu təşkilata daxil olmasından heç iki il keçməmiş Avropa Şurası Parlament Assambleyası sədrinin müavini seçilməsi və Büronun üzvü olması çox ciddi hadisədir. Bu çox ciddi hadisədir və rəmzi mənası var və hamı tərəfindən layiqincə – Azərbaycanın demokratik dəyişikliklər yolunda real nailiyyətləri, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin və normal həyatının bərpa edilməsi işində bütövlükdə ölkə rəhbərliyinin, o cümlədən parlamentin xidmətlərinin etirafı kimi qiymətləndirilmişdir.

Hеydər Əliyеv: Sizin Avropa Şurasındakı fəaliyyətinizi, Rusiyalı deputatların Azərbaycandan olan həmkarlarına göstərdiyi fəal dəstəyi və köməyi yüksək qiymətləndirirəm. Azərbaycan nümayəndə heyətinin belə tərəqqiyə nail olması və onun rəhbərinin AŞPA sədrinin müavini və Büro üzvü seçilməsi bizim üçün xoşdur və mən burada da fəal əməkdaşlığımızın rolunu görürəm.

Dmitri Roqozin: Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivlərindən danışaraq dеməк istəyirəm ki, qloballaşma mərhələsində Avropa strukturlarında qarşılıqlı surətdə faydalı fəaliyyətin istiqamətlərini AŞ-nın üzvü olan MDB ölkələri ilə birlikdə təhlil etmək zəruridir.

Hеydər Əliyеv: Mən Rusiya tərəfinin bu təşəbbüsü dəstəklədiyini bilirəm. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların rolu böyüк əhəmiyyətə mаliкdir. Dünyanın bütün ölkələrinin diqqətini cəlb edən qlobal xarakterli problemlər var. Amma dünyanın gələcək nizamı üçün təhlükəli olan çoxdankı problemlər də var, lakin onlar yavaş-yavaş unudulur. Mən müxtəlif regionlardakı münaqişələri nəzərdə tuturam. Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzkar separatçılıq hərəkatının başlanmasından 15 il keçir. Bu hələ Sovetlər İttifaqı dövründə başlamışdır və indi də davam edir.

İndi hamı İraq məsələsini necə həll etmək barədə düşünür, yaxud Balkanlarda Kosovo, Bоsniyа və Hеrsеqоvinа prоblеmləri yаrаnmışdı. Оrаdа güc tətbiq еdildi və indi də еtməк istəyirlər. Аncаq burаdа 15 il əvvəl təcаvüz başlamış və mərhələlərlə davam etmiş, Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına gətirib çıxarmışdır. Bir milyon qaçqın-köçkün çadırlarda ağır şəraitdə yaşayır, amma bütün bunlar unudulur. Bilirsiniz ki, ATƏT-in Minsk qrupu, onun həmsədrləri – Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları var. Mən dünən Vladimir Vladimiroviçlə söhbətimdə bu mövzuya toxundum. Mən başa düşürəm ki, indi bu məsələni ön plana çəkmək məqsədəuyğun deyil. Lakin bunu unutmaq, bu torpaqları ermənilərə saxlamaq ki, onlar gələcəkdə də orada azğınlıqlarını davam etdirsinlər – bu ola bilməz. Bilirsinizmi, əgər dünya ədalətlidirsə, kimin işğalçı, kimin isə onun qurbanı, kimin təcavüzkar, kimin isə onun qurbanı olduğunu müəyyən etməlidir. Bu, müəyyən edilməsə, ədalət olmayacaqdır. Qoy bunu ABŞ, Rusiya, İngiltərə və ya Fransa, NATO müəyyən etsin, amma ədalət olmalıdır.

Bu mövzuda çox danışmaq istəmirəm, bilirəm ki, bu barədə söhbətiniz olub, təkrar etməyin mənası yoxdur. Lakin Duma komitəsinin sədri kimi, sizdən xahiş edirəm ki, buna ciddi diqqət yetirəsiniz. Sadəcə olaraq, obyektiv yanaşın, başqa heç nə lazım deyildir.

Əgər sən günahkarsansa, danışıqların gələcəkdə də davam etdirilməsindən ötrü gərginliyi azaltmaq üçün, heç olmasa, günahının müəyyən hissəsini aradan qaldır. Ermənistan silahlı qüvvələri isə yaranmış vəziyyətdən, şəraitdən istifadə edərək və bəzi ölkələrin, o cümlədən vaxtilə Rusiyanın köməyi ilə Azərbaycan ərazisinin bir hissəsini işğal etmişlər və 15 ildir ki, əhalini əzabda saxlayırlar. Doğrudur, işğal 15 il bundan əvvəl başlamamışdır, bu hərəkat isə artıq başlanmışdı və bu torpaqlar artıq 10 ildir ki, işğal altındadır. Bu məsələdə, sadəcə, ədalətli olmaq lazımdır. Hətta qərar qəbul edilməsə belə, bütün dünyaya ədaləti çatdırmaq lazımdır ki, səbəb bu, onun nəticəsi isə budur, günahkar da budur. Onda bu bizim üçün, heç olmasa, mənəvi təsəlli olar. Yoxsa deyirlər ki, iki prezident, gedin razılığa gəlin. Mən onunla necə razılığa gələ bilərəm? Əgər mövqelər daban-dabana ziddirsə, özü də bir tərəfdə güc, təcavüz, işğal, digər tərəfdə isə təcavüzün qurbanı durursa, necə razılığa gəlmək olar?

Mən münaqişənin qurbanı kimi, hamının bizə yazığı gəlməsini istəmirəm. Mən bunu dünyada mövcud olan beynəlxalq qayda-qanunlar, beynəlxalq hüquq, dövlətlərarası münasibətlər, BMT-nin Nizamnaməsi, ATƏT-in Əsasnaməsi baxımından deyirəm. Əgər bu məsələni, heç olmasa, düzgün təhlil etməyə cəhd göstərilmirsə, onda Birləşmiş Millətlər Təşkilatı nəyə lazımdır, ATƏT, Minsk qrupu nəyə lazımdır? Əgər biz bu nüfuzlu təşkilatların köməyi ilə heç nəyə nail ola bilmiriksə, onlar lazım deyildir. Belə çıxır ki, onlar problemləri həll etmək üçün deyil, bir təşkilat kimi, özlərini qoruyub saxlamaq üçün mövcuddurlar.

Mən hər şeydən öncə ATƏT-ə, Minsk qrupuna, ən başlıcası isə həmsədrlərə – ABŞ-a, Rusiyaya və Fransaya irad tuturam.

Dmitri Roqozin: Hеydər Əliyеviç ölkədə vəziyyət sabitləşdikcə və Prezident Vladimir Putinin nüfuzu möhkəmləndikcə, Rusiya Qarabağ münaqişəsinin həlli üçün Minsk qrupunda fəaliyyətini gücləndirmək niyyətindədir. Onun sözlərinə görə, Qarabağ münaqişəsi vaxtilə Sovet İttifaqının dağılmasına təkan vermişdir və onun həlli bütün Qafqazda normal həyatın bərpa edilməsinin bir mərhələsi olmalıdır.

Bakıda keçirdiyimiz görüşlərdə bu ağrılı problemlə bağlı fikir mübadiləsi olmuşdur və Moskvaya qayıtdıqdan sonra bu barədə Prezident Putinə məlumat vermək niyyətindəyəm.

Cənаb Prеzidеnt, mən həmkarim İlham Əliyevi bu il ərzində Rusiyaya səfərə dəvət etmişəm.