Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə məktubu - 2 avqust 2003-cü il


Hörmətli Vladimir Vladimiroviç!

Mozdok şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 3 avqust 2003-cü il.