Rusiya Federasiyası Kemerovo vilayətinin qubernatoru cənab Aman Tuleyevə - Bakı şəhəri, 24 mart 2000-ci il


Hörmətli Aman Qumiroviç!

Kemerovo vilayətində şaxtada partlayış nəticəsində insan tələfatının olması haqqında xəbər məni dərindən sarsıtdı.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 25 mart 2000-ci il.