Rusiya Federasiyası hökumətinin sədri cənab Mixail Mixayloviç Kasyanova – Bakı şəhəri, 12 iyun 2000-ci il


Hörmətli Mixail Mixailoviç!

Milli bayram – Rusiya Federasiyasının dövlət suverenliyi haqqında bəyannamənin qəbul olunması günü münasibətilə Sizi və Rusiyanın bütün vətəndaşlarını ürəkdən təbrik edirəm.

Əminəm ki, biz birgə səylərlə ölkələrimizin həyatının bütün sahələrində dostluğun və əməkdaşlığın daha da inkişaf etməsinə və möhkəmlənməsinə nail olacağıq.

Sizə cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiya vətəndaşlarına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,                                                                                                                          

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

"Azərbaycan"qəzeti, 13 iyun  2000-ci il