Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin vertolyot qəzası nəticəsində həlak olanlarin ailələrinə başsağlığı məktubu - Bakı şəhəri, 2 oktyabr 1997-ci il


Bu gün, 1997-ci il oktyabrın 2-də saat 13:30 radələrində Pirallahı adasından neftçiləri növbəyə aparan MI-8 vertolyotu “Günəşli” neft yatağının yaxınlığında qəzaya ugramışdır. İlkin məlumata görə vertolyotda 20 nəfər olub. Həlak olanlar var. Xalqımıza böyük faciə üz vermişdir.

Həlak olanların ailələrinin kədərinə şərik olur, onlara dərin hüznlə başsağlığı verirəm, bu ağır gündə səbr və dözüm diləyirəm.

Allah rəhmət eləsin!

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər

SOSİUM