Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə - Bakı şəhəri, 27 mart 2000-ci il


Hörmətli Vladimir Vladimiroviç!

Sizi Rusiya Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Prezident seçkilərində sizin qalib gəlməyiniz inandırıcı şəkildə sübut edir ki, Rusiyanın vətəndaşları dövlətçiliyi və hüquq qaydalarını möhkəmləndirmək, cəmiyyətin bütün sahələrində demokratik islahatlar həyata keçirmək istiqamətində sizin xəttinizi dəstəkləyirlər.

Əminəm ki, ölkələrimiz arasında dərin tarixi kökləri olan ənənəvi dostluq münasibətləri xalqlarımızın mənafeyi naminə, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət və dövləti fəaliyyətinizdə böyük müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.