Rusiya Federasiyası hökumətinin sədri cənab Mixail Kasyanova – Bakı şəhəri, 17 may 2000-ci il


Hörmətli Mixail Mixayloviç!

Rusiya Federasiyası hökumətinin sədri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Rusiya Federasiyası xalqlarının firavanlığı və tərəqqisi, regionumuzda sülh və sabitlik naminə Sizə uğurlu iş arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

“Azərbaycan” qəzeti, 18 may  2000-ci il