Rusiya Federasiyası Federasiya Şurasının sədri Yeqor Semyonoviç Stroyev cənablarına - 24 yanvar 1996-cı il


Hörmətli Yeqor Semyonoviç!

Sizi Rusiya Federasiyası Federasiya Şurasının sədri vəzifəsinə seçilməyiniz münasibətilə təbrik edirəm. Sizə bu məsul vəzifədə Rusiya Federasiyasının möhkəmlənməsi və tərəqqisi naminə uğurlu fəaliyyət arzulayıram.

Əminəm ki, Rusiya ilə Azərbaycan arasında çoxəsrlik əlaqələr, dostluq və əməkdaşlıq münasibətləri hər iki xalqın rifahı naminə, regionda sülh və sabitlik naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.