Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Boris Nikolayeviç Yeltsinə təbriki - Bakı şəhəri, 8 iyun 1998-ci il


Çox hörmətli Boris Nikolayeviç!

Sizi və Rusiya Federasiyasının bütün vətəndaşlarını Milli bayram - Rusiya Federasiyasinın Dövlət Müstəqilliyi haqqında Bəyannamənin qəbul olunması günü münasibətilə ürəkdən təbrik edirəm.

Biz qarşılıqlı hörmət, etimad və hüquq bərabərliyi əsasında həyatın bütün sahələrində Azərbaycan-Rusiya əməkdaşlığının genişlənməsinə böyük əhəmiyyət veririk. Hesab edirəm ki, xalqlarımız arasındakı ənənəvi dostluq münasibətlərinin regionumuzda sülh, sabitlik və tərəqqi naminə daha da inkişaf etməsi üçün çox böyük potensialı vardır.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Rusiyanın bütün vətəndaşlarına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.