Rusiya Federasiyası Dövlət Dumasının sədri Gennadi Nikolayeviç Seleznyov cənablarına - 23 yanvar 1996-cı il


Hörmətli Gennadi Nikolayeviç!

Rusiya Federasiyası Dövlət Dumasının sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Sizə bu məsul vəzifədə Rusiya Federasiyasının möhkəmlənməsi və çiçəklənməsi naminə uğurlar arzulayıram.

Əminəm ki, Rusiya ilə Azərbaycan arasında çoxəsrlik əlaqələr, dostluq və əməkdaşlıq münasibətləri hər iki xalqın rifahı, regionda sülh və sabitlik naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.