Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Naş dom - Rossiya" Ümumrusiya İctimai-Siyasi Hərəkatının sədri Viktor Stepanoviç Çernomırdinə təbriki - Bakı şəhəri, 9 aprel 1998-ci il


Hörmətli Viktor Stepanoviç!

Sizi, Rusiya Federasiyasının görkəmli dövlət və ictimai xadimini anadan olmağınızın 60 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycanın neft və qaz sənayesinin inkişafı sahəsində birgə işimizi, ikitərəfli münasibətlərin, Rusiya-Azərbaycan münasibətlərinin dərinləşdirilməsinə dair əməkdaşlığımızı böyük səmimiyyətlə xatırlayıram. Sizə Rusiyada və onun hüdudlarından kənarda böyük nüfuz qazandırmış olan peşəkarlığınızı və insani keyfiyyətlərinizi, əməksevərliyinizi, prinsipiallığınızı və alicənablığınızı yüksək qiymətləndirirəm.

Əziz Viktor Stepanoviç, Sizə möhkəm cansağlığı, səadət, xoş həyat və yeni uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.