OXUCULARA MÜRACİƏT


 

Hörmətli oxucularımız!

  YENİ MATERİALLAR 

Azərbaycan xalqının ümummilli lideri, müasir dövrün görkəmli siyasi xadimi Heydər Əliyevin irsinə həsr edilmiş "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının 10 may 2023-cü ildə fəaliyyətinin 19 ili tamam oldu.

50 dildə fəaliyyət göstərən kitabxanada bu böyük siyasət adamının yüzlərlə əsəri - çıxışları, müsahibələri, görüşləri, bəyanatları və məktublarının mətnləri ilə tanış ola bilərsiniz.

Heydər Əliyevin əsərlərinin müxtəlif dillərdə nəşri politoloqlar, iqtisadçılar, jurnalistlər və Azərbaycanın ən yeni tarixi və inkişafı, keçmişi və gələcəyi ilə maraqlanan bütün insanlar üçün faydalıdır. Oxucularımızdan aldığımız məktublar da göstərir ki, kitabxanamız onları çox maraqlandırır. Mübaliğəsiz demək olar ki, ötən dövr ərzində dünyanın 200-dən artıq ölkəsindən milyonlarla oxucu kitabxanamızla tanış olmuşdur. Dünyanın qabaqcılelm və təhsil mərkəzləri, nüfuzlu dövlət təşkilatları, məşhur media orqanları, kitabxanalar, nəhəng transmilli şirkətlər və başqalarının təmsilçiləri kitabxanamızın daimi oxucularındandır.

"Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası nəşriyyat fəaliyyəti ilə də məşğuldur. Müxtəlif xarici dillərdə nəşr olunmuş kitablarımızın bəziləri ilə saytımızda tanış ola bilərsiniz.

"Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası gündəlik olaraq yeniləşir, zənginləşir. Kitabxana haqqında bütün rəy və təkliflərinizi bizə göndərməyinizi xahiş edirik.

office@aliyev-heritage.org

"Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası öz təklifləri ilə saytımızın təkmilləşdirilməsində yardımçı olan oxuculara təşəkkürünü bildirir.

 
Nəşrimiz
 Baxın


FOTOQALEREYA

HEYDƏR ƏLİYEV – 95

İkinci söhbət

Birinci söhbət

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin tədqiqatçı qrupu tərəfindən tərtib edilən yeni tarixi arayışlar: