Hörmətli cənab prezident!
Şarlott şəhərinin beynəlxalq hava limanında baş vermiş təyyarə qəzası nəticəsində insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 11 yanvar 2003-cü il.