Səfərin çox bоуük əhəmiyyəti var. İranın Məşhəd şəhərində Türkmənistan və İranın dəmir yollarının birləşməsi ilə əlaqədar təntənəli mərasim keçiriləcək və bu mərasimdə biz də iştirak edəcəyik. Şübhəsiz ki, orada müəyyən danışıqlar da aparılacaqdır. Aşqabatda isə EKO təşkilatının Zirvə görüşü keçiriləcəkdir. Görüşə dövlət başçıları toplaşacaqlar. Burada bizim həm EKO çərçivəsində əməkdaşlığımız, həm də ayrı-ayrı ölkələrlə ikitərəfli əməkdaşlığımız haqqında, zənnimcə, çox vacib söhbətlər gedəcəkdir.