Sual: Cənab Prezident, MDB ölkələri dövlət başçılarının Moskva zirvə görüşündə hansı məsələlər müzakirə olunacaqdır?
Cavab: Müzakirə ediləcək məsələlər çoxdur. Əsas məsələ MDB-nin işinin təkmilləşdirilməsi ilə əlaqədardır. Bilirsiniz ki, keçən ilin aprel ayında qəbul etdiyiniz qərardan sonra keçirilmiş forumda müəyyən təkliflər hazırlanıbdır. Biz həmin təkliflərə baxacağıq. Bu təkliflər MDB-nin strukturunun sadələşdirilməsi, ştatların ixtisara salınması və MDB-nin orqanlarının daha çevik işləməsi məqsədi daşıyır. Biz bu məsələləri müzakirə edəcəyik. Sonra bir neçə başqa məsələlər də var, biz onları da müzakirə edəcəyik.
Sual: Siz MDB-nin icraçı katibi vəzifəsinə təklif edilən yeni namizədə razı olacaqsınızmı?
Cavab: Bilirsiniz, biz MDB-ni daim təkmilləşdirməyə çalışırıq, ancaq istədiyimizə hələlik nail ola bilməmişik. Ancaq yeni addım atılacaqdır. Baxarıq, bəlkə də bunun bir nəticəsini olacaqdır.
Sual: NATO-nun Kosovodakı tədbirlərini pisləyən hansısa birgə bəyanat olacaqmı?
Cavab: Orada nə olacaqsa, buna Azərbaycan Respublikasının prinsipial mövqeyi nəzərə alınmaqla münasibətlərimizi bildirəcəyik.
Sual: Azad iqtisadi zona məsələsinin müzakirəsi zamanı, Ermənistanın və Rusiyanın bizə olan münasibətini nəzərə alaraq Azərbaycan...
Cavab: Azad iqtisadi zona haqqında layihəyə bizim müvafiq qeydlərimiz var. Hesab edirəm, bunlar qəbul olunacaqdır.
Sual: Robert Koçaryanla Sizin görüşünüz gözlənilirmi?
Cavab: Ola bilsin, Robert Koçaryanla görüşəcəyəm.