Türkiyə Respublikası Böyük Millət Məclisinin Sədri zati-aliləri cənab Yıldırım Akbuluta - 22 may 1999-cu il


Hörmətli Yıldırım Akbulut, Sizi Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Biz qədim tarixi kökləri olan xalqlarımızın əbədi dostluq və qardaşlıq münasibətlərini yüksək qiymətləndiririk. Azərbaycan ilə Türkiyə arasındakı qırılmaz əlaqələr və əməkdaşlıq xalqlarımızın mənafeləri naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş Türkiyə xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.