Hörmətli cənab Prezident!
Braziliyadakı təbii fəlakət zamanı baş vermiş insan tələfatı və dağıntılar haqqında xəbər məni dərindən kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını diləyirəm.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti