Hörmətli cənab Prezident!
Çili Respublikasının milli bayramı – Müstəqilliyin elan edilməsi günü münasibətilə Sizi və dost Çili xalqını ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Çili arasındakı dostluq münasibətləri xalqlarımızın rifahı naminə daim genişlənəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.