Hörmətli Nursultan Abişeviç!
Milli bayramınız - Qazaxıstan Respublikasının müstəqilliyinin elan olunmasının 10 illiyi münasibətilə Sizi və dost Qazaxıstan xalqını ürəkdən təbrik edirəm.
Suveren, demokratik, hüquqi dövlət qurulmasında və onun möhkəmləndirilməsində, Dünya Birliyinə ardıcıl inteqrasiyada Qazaxıstanın qazandığı uğurlara şadam. Əminəm ki, ölkələrimizin transmilli layihələrdə, beynəlxalq və regional təşkilatlarda sıx əməkdaşlığı regionda sülh və sabitlik naminə, xalqlarımızın rifahı naminə bundan sonra da genişlənəcək və dərinləşəcəkdir.
Sizə möhkəm cansağlığı, səadət, dövləti fəaliyyətinizdə uğurlar, Qazaxıstan xalqına isə sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.
Azərbaycan - Müstəqil Dövlətlər Birliyi
Azərbaycan - Müstəqil Dövlətlər Birliyi