Türkiyə Respublikasinin baş naziri zati-aliləri cənab Bülent Ecevidə - Bakı şəhəri, 28 may 2001-ci il


Hörmətli Bülent Ecevid!

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Siz bütün fəaliyyətiniz boyu daim Atatürk ideallarına sədaqətlə xidmət etmisiniz və bu gün də qardaş türk xalqının rifahı naminə yorulmaq bilmədən çalışırsınız.

Ölkələrimiz və xalqlarımız arasında dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi işinə verdiyiniz töhfələr çox dəyərlidir.

Sizə möhkən cansağlığı, səadət, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 30 may 2001-ci il.