Hörmətli cənab prezident!
Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və dost Avstriya xalqını ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahına öz töhfəsini verəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 26 oktyabr 2001-ci il.