Malayziyanın ali başçısı əlahəzrət Tuanku Sayed Siracuddin Sayed Putra Camalullailə - 25 avqust 2003-cü il


Əlahəzrəti!

Malayziyanın milli bayramı - Müstəqillik elan edilməsi günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Malayziya arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malayziya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 31 avqust 2003-cü il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya