Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Əhməd Necdət Sezərə - Bakı şəhəri, 25 iyul 2002-ci il


Hörmətli cənab prezident!

Ölkənizin şimal-şərq vilayətlərində baş vermiş güclü sel daşqını nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 26 iyul 2002-ci il.