Türkiyə Respublikasının baş naziri zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana - 25 oktyabr 2003-cü il


Hörmətli cənab baş nazir!

Türkiyə Respublikasının milli bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Qardaş Türkiyənin dünyanın qüdrətli dövlətlərindən birinə çevrilməsindən, beynəlxalq işlərdə rolunun artmasından qürur hissi duyuram.

Əminəm ki, xalqlarımızın əzəli və əbədi qardaşlığından bəhrələnən dövlətlərarası münasibətlərimiz daim indiki kimi, özünün ən yüksək səviiyəsində qalacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Türkiyə xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 29 oktyabr 2003-cü il.