Hörmətli cənab baş nazir!
Kanadanın milli bayramı - Kanada günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı işgüzar əlaqələrin və əməkdaşlığın genişlənməsinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 1 iyul 2003-cü il.