Hörmətli Vladimir Vladimiroviç!
Aviasiya Qəzası nəticəsində "Göz mikrocərrahiyyəsi" Sahələrarası Elmi-Texniki Kompleksinin baş direktoru, Rusiyanın tanınmış alimi və ictimai-siyasi xadimiSvyatoslav Nikolayeviç Fyodorovun faciəli surətdə həlak olması haqqında xəbər məni dərindən sarsıtdı.
Sizə, mərhumun qohumlarına və yaxın adamlarına səmimi qəlbdən başsağlığı verirəm.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 4 iyun 2000-ci il.