Hörmətli cənab prezident!
Makedoniya Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi və xalqımızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Makedoniya münasibətləri daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 2 avqust 2003-cü il.