25 aprel 2000-ci il tarixdə Heydər Əliyev və türkiyəli tanınmış alim İhsan Doğramacı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinə baxıb. 1940-cı ildə yazılan və dərin milli koloriti ilə seçilən bu əsər Şərqdə, müsəlman aləmində ilk baletdir. Uğurlu tamaşadan sonra Heydər Əliyev türkiyəli qonaqlarla birgə səhnə arxasına gələrək yaradıcı kollektivi təbrik edib, onların əməyini yüksək qiymətləndirib.
“Böyük liderin 90 anı”, Heydər Əlİyev İrsİnİ Araşdırma Mərkəzİ, “Şərq-Qərb”, Bakı-2013, s.165