Çox hörmətli Boris Nikolayeviç!
Əlamətdar yubiley - anadan olmağınızın 70 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Siz Rusiya Federasiyasının tarixinin taleyüklü dövründə ona başçılıq edərək, özünə xas əzmkarlıqla, qətiyyətlə, prinsipiallıqla, inamla Rusiya xalqını cəmiyyətin yeniləşdirilməsi və demokratik dəyişikliklər yolu ilə aparırdınız.
Postsovet məkanında hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan yeni dövlətlərarası münasibətlərin yaranması Sizin adınızla bağlıdır. Azərbaycan və Rusiya xalqları arasında dostluğun, mehriban qonşuluğun və əməkdaşlığın inkişafına və dərinləşməsinə yönəldilmiş səylərinizin, habelə bizim Sizinlə şəxsi səmimi münasibətlərimizi yüksək qiymətləndirirəm.
Sizə möhkəm cansağlığı, uzun ömür və səadət arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti