Hörmətli cənab Prezident!
Kamerun Respublikasının milli bayramı - Respublika-nın elan edilməsi günü münasibətilə Sizi və dost Kamerun xalqını ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Kamerun Respublikası arasında təşəkkül tapan dostluq münasibətləri xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti