Hörmətli cənab baş nazir!
Yaponiyanın milli bayramı - İmperatorun təvəllüd günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Ölkələrimiz arasında əməkdaşlığın əhatə dairəsinin gündən-günə genişlənməsindən məmnunam. Əminəm ki, birgə həyata keçirdiyimiz layihələrin, gördüyümüz işlərin xalqlarımız üçün böyük faydası olacaqdır.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yaponiya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 22 dekabr 2002-ci il.