Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sankt-Peterburq şəhərinin qubernatoru cənab Vladimir Yakovlevə təbriki - Bakı şəhəri, 13 may 2000-ci il


Hörmətli Vladimir Anatolyeviç!

Sankt-Peterburq şəhərinin qubernatoru vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Xalqlarımız arasında dostluğun və hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsi sahəsində Sizin səylərinizi yüksək qiymətləndirirəm.

Sizə möhkəm cansağlığı, səadət və dövlət fəaliyyətinizdə yeni böyük uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti