Hörmətli cənab prezident!
Syerra-Leone Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün Syerra-Leone xalqını təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafeyi naminə hərtərəfli inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Syerra-Leone Respublikasının xalqına əmin-amanlıq və çiçəklənmə arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
\"Azərbaycan\" qəzeti, 28 aprel 2002-ci il