Hörmətli cənab senator!
Böyük İpək Yolu ölkələrinin prezidentləri ilə aprelin 24-də Vaşinqtonla Kapitolidə keçirəcəyiniz görüşə məni dəvət etdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Mən bu görüşdə iştirak etməyə, Sizinlə, dəvət etdiyiniz Amerikanın görkəmli siyasətçiləri və Böyük İpək yolu ölkələrinin prezidentləri ilə birgə xalqlarımızın və dövlətlərimizin ümumi maraqlarını əks etdirən planları və layihələri müzakirə etməyə böyük əhəmiyyət verirəm.
Əminəm ki, Sizin irəli sürdüyünüz və Amerika Konqresinsə müdafiə etdiyiniz Böyük İpək Yolunu strategiyası haqqında qanunvericiliyin həyata keçirilməsi XXI ərin ən görkəmli hadisəsinə çevriləcək və bu yolun üstündə olan ölkələrin və xalqların inkişafına xidmət edəcəkdir. Eyni zamanda Sizin qanun layihənizin gerçəkləşdirilməsi ədalətsiz 907-ci düzəlişin də tezliklə aradan götürülməsini təmin edərdi.
Vaşinqtondakı görüşümüzü səbirsizliklə gözləyirəm.
Sizə və bütün Amerika xalqın səadət və çiçəklənmə arzulayıram.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.