ATƏT-in İstanbul Zirvə görüşündə iştirak edən Heydər Əliyev 1999-cu il noyabrın 19-da Almaniya Federativ Respublikasının kansleri Herhard Şröderlə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun aradan qaldırılması yolları və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.
Heydər Əliyev 1947-ci ildə Azərbaycana gətirilmiş Bremen qalereyası rəsmlərinin Almaniyaya qaytarılması haqqında sərəncamı və məktubu AFR kanslerinə təqdim edib.
“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.154