Hörmətli cənab Prezident!
Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizi və dost Cənubi Afrika Respublikası xalqını səmimi-qəlbdən təbrik edirəm.
Əminəm ki, xalqlarımızın mənafeyinə xidmət edən qarşılıqlı əlaqələrimiz daim genişlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.