Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın üzv olduğu “Demokratiya və İqtisadi İnkişaf Naminə - GUAM” 1997-ci ildə yaradılıb, 2006-cı ildə isə beynəlxalq regional təşkilata çevrilib. GUAM demokratiya, inkişaf və təhlükəsizlik sahələrində ümumi maraqlar əsasında tərəfdaş dövlətləri birləşdirir.
2002-ci il iyulun 20-də Heydər Əliyev Yaltada keçirilən GUÖAM-ın dövlət başçılarının beşinci görüşündə iştirak edib. Görüşün nəticəsi olaraq “GUÖAM-a üzv-dövlətlər arasında azad ticarət zonalarının yaradılması haqqında saziş” və “Terrorizm, mütəşəkkil cinayətkarlıq və digər növ təhlükəli cinayətlərlə mübarizə sahəsində GUAM iştirakçısı olan dövlətlərin Hökumətləri arasında əməkdaşlıq haqqında” Saziş imzalanıb.
“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.216