Möhtərəm Papa həzrətləri!
Vatikan dövlətinin milli bayramı - Müqəddəs taxta əyləşmə günü münasibətilə Sizi və bütün katolikləri səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan Respublikası ilə Vatikan dövləti arasındakı dostluq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, uzun ömür, müqəddəs amallar naminə fədakar işinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
\"Azərbaycan\" qəzeti, 22 oktyabr 2002-ci il.